Şirvanda torpaq üstündə sakinlərin dava etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10
yan
2025
15:18
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, görüntülər kənd sakinləri arasında torpaq mübahisəsini əks etdirir.
Tərəflər arasında yaranan insidentlə bağlı polis şöbəsində araşdırma aparılır.
***11:36
İmişli rayonunun Boşcalılar kəndində torpaq məsələsi ilə bağlı sakinlər arasında dava baş verib. Hadisə zamanı gərginlik artaraq fiziki toqquşmaya çevrilib.
BAKU.WS xəbər verir ki, bu barədə "qaynar xətt"ə məlumat daxil olub.
Kadrlarda bir neçə nəfərin münaqişəyə cəlb olunduğu və aralarında kəskin mübahisələrin olduğu görünür.
Oxşar xəbərlər
Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi
Paytaxtın Nizami rayonunda silsilə oğurluqlar qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verili...