Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AEM-dən bildirilib.
"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.
Oxşar xəbərlər
Əməliyyat otağında qaydaları pozan cərrah mama-ginekoloq və tibb işçiləri cərimələnib
Əməliyyat zamanı doğum günü münasibətilə tibb işçilərinin sürpriz etdiyi cərrah mama-ginekoloq Ləman Əliyeva 500 manat məbləğində cərimələnib. BAKU.WS report-a...