Alimlər bu içkinin xərçəng riskini azaltdığını deyirlər

Alimlər bu içkinin xərçəng riskini azaltdığını deyirlər
Digər 22697

Oksford Universitetinin alimləri 17 il davam edən genişmiqyaslı araşdırmanın nəticələrini təqdim ediblər. Araşdırmada 540 mindən çox qadın iştirak edib.

BAKU.WS xəbər verir ki, Nature Communications jurnalında dərc olunan məlumatlara görə, gündəlik bir stəkan süd bağırsaq xərçəngi riskini 17% azaldır. Məlumatda qeyd olunur ki, müntəzəm süd içən qadınlarda bu xəstəlik daha az qeydə alınıb.

Araşdırmanın rəhbəri, Oksford Universitetinin qidalanma üzrə baş epidemioloqu Keren Papyenin sözlərinə görə, süd məhsulları kolorektal xərçəngin qarşısını almaqda təsirli ola bilər. Bu, əsasən südün tərkibindəki kalsiumun sayəsində baş verir.

Mütəxəssislər bildiriblər ki, kalsium bağırsaqda öd turşuları və sərbəst yağ turşuları ilə birləşərək müsbət təsir göstərir.

Həmçinin alimlər bu nəticələrin kişilər üçün də aktual olduğunu vurğulayıblar. Bununla yanaşı, süd məhsullarına fərdi qarşı göstərişlərin nəzərə alınmasının vacibliyi bildirilib.

Oxşar xəbərlər

İyun ayında şanslı Bürclər hansılardır?

İyun ayında şanslı Bürclər hansılardır?

Yay təkcə tətil, parlaq günəş və dondurma vaxtı deyil, həm də ürəyin hisslərə açıq olduğu vaxtdır. Astroloqlar əmindirlər: 2025-ci ilin iyun ayı romantika dalğa...

12 Digər 23:59 04 iyun 2025

Son xəbərlər