Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb
03
yan
2025
09:49
Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 107,5 bənd təşkil edib.
Bu barədə BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 2,1 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 5,5 bənd, 2023-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 4,7 bənd çoxdur.
Ötən ilin dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 122,6 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,8 bənd, 2024-cü ilin əvvəlinə nisbətən 1,2 bənd, illik müqayisədə isə 0,2 bənd çoxdur.
Oxşar xəbərlər
"SOCAR Türkiyə Enerji" yeni neft-kimya güclərinin yaradılmasına tələb olunan investisiyaların həcmini açıqladı
"SOCAR Türkiyə Enerji" şirkəti ölkədə yeni neft-kimya güclərinin yaradılmasına investisiya qoyuluşunu 7 milyard ABŞ dolları məbləğində qiymətləndirir. BAKU.WS r...