Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq.
Oxşar xəbərlər
Bakıda mənzillərin qiyməti həqiqətən bahalaşıbmı?
"Bakı şəhərində daşınmaz əmlak bazarında mənzil bazarında hazırda vəziyyət sabitdir". Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Os...