AMB builki iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb
Azərbaycan Mərkəzi Bankı bu il ölkə iqtisadiyyatının 3,3 %, o cümlədən qeyri-neft-qaz iqtisadiyyatının 5,2 % böyüyəcəyini proqnozlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi bu il ölkədə 3,5%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4,9 % iqtisadi artım gözləyir.
"Bizim proqnozlarımıza görə, 2025-ci ildə neftin 1 barelinin orta qiyməti 77,3 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 349 ABŞ dolları olacaq. Ötən il Azərbaycanın xarici ticarət balansında 5,5 milyard ABŞ dolları profisit olub. Bizim isə cari əməliyyatlar balansının profisiti ilə bağlı proqnozumuz 5,3-5,5 milyard ABŞ dolları idi", - deyə sədr əlavə edib.
Oxşar xəbərlər
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - Siyahı təqdim olundu
Azərbaycanda müxtəlif bələdiyyələrə məxsus torpaq sahələrinin satış və icarəsi ilə bağlı növbəti hərrac və müsabiqələr 7 yanvar tarixində keçiriləcək. BAKU.WS...