Fahriye Evcen övladlarına xatirə qalsın deyə bu addımı atdı
Aktrisa Fahriye Evcen rol aldığı yeni filmi "Tete ve Masal: Rüyalar Diyarı"ndan danışıb.
BAKU.WS xəbər verir ki, aktrisa sözügedən film ilə özündən sonra uşaqlarına bir xatirə qoymaq istəyib.
Rejissoru Tümer Sirkecioğlu olan ekran işində Evcen "Amazon kraliçası" obrazındadır.
"Filmin yeddidən yetmişə hər kəsi cəlb edən bir ssenarisi və içindəki dünyalar arasında keçidlərin olması məni həyəcanlandırdı. Övladlarıma bir xatirə qoymaq üçün bu filmdə oynamaq istədim. Baxanda gülümsəyərək "Bizim anamız qəhrəman idi" deinlər deyə... Bu, onlar üçün kiçik bir nağıl, mənim üçün isə böyük xatirə idi" - deyə aktrisa qeyd edib.
Xatırladaq ki, Fahriye Evcen həmkarı Burak Özçivitlə evlidir. Onların iki azyaşlı oğlu var.
Oxşar xəbərlər
Abbas Əraqçi: ABŞ Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcək
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehranla müharibəyə trilyonlarla dollar xərcləyəcəyini bildirib. BAKU.WS xəbər verir ki, Əraqçi bu barədə "Washi...