Azərbaycan səmasında görünən uçan obyekt nədir? - Rəsədxanadan AÇIQLAMA
Bu gün səmada müxtəlif vaxtlarda müəyyən görüntülər müşahidə olunub.
Bu barədə gün ərzində BAKU.WS-in "qaynar xətti"nə müxtəlif videogörüntülər göndərilib. Gəncə, Daşkəsən, Şəmkir və paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür. Səmada hərəkət edən obyekt bir saat müddətində müşahidə olunub.
Bəs səmada müşahidə edilən naməlum obyekt nədir?
Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ilə əlaqə saxladıq. Professor BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu görüntülər müxtəlif səbəblərdən yarana bilər.
"İlk öncə qeyd edim ki, bu astronomiya ilə bağı hadisə deyil. Yerdə baş verən proseslərdən dolayı yaranan görüntülərdir. Gözlə görünürsə, bu kosmik peyklər də ola bilər. İlon Maskın şirkəti orbitə peyk buraxıb. Onlar birgə uursa, uzun bir quyruq yaradır. Adi gözlə də görmək olur", - deyə ekspert bildirib.
Nəriman İsmayılov deyir ki, insanların görüntüyə müxtəlif ad verməsi isə tamamən cəfəngiyyatdır:
"Naməlum uçan obyektə həyatımız boyu rast gəlinməyib. Bütün bunların hamısı uydurma şeylərdir. İnsanları yalandan aldadırlar. Şəkil çəkirlər. Boşqab şəkli çəkirlər. Lakin elmi araşdırmalarda, real bir foto belə yoxdur".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Meymunçiçəyinin əlamətləri nələrdir?
Qızdırma, baş ağrısı və bədənin müxtəlif nayihələrində səpkilər son vaxtlar dünya ölkələrində geniş yayılan və Azərbaycanda da qeydə alınan meymunçiçəyi infeksi...