Göyçayda tələbə qızlar qidadan zəhərləniblər

Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı açıqlanıb.
Bu barədə BAKU.WS Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, baş verən hadisə ilə bağlı Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.
İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb.
Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə "toksik alergik qastrid" və "dəqiqləşdirilməmiş qastrid" diaqnozları qoyulduğu qeyd edilib.
***15:38
"Göyçayda zəhərlənən tələbələr Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.
Qeyd olunub ki, zəhərlənənlər beşinci və üçüncü kurs tələbələridirlər:
"Onlar evdə yedikləri tortdan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Bu gün imtahanları olub və hər biri imtahanda iştirak ediblər.
Günay Rasim qızı Heydərova "Azərbaycan iqtisadiyyatı", Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu "Vergilər və vergi tutumu", Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva "Mühasibat uçotu" fənnindən imtahan veriblər", - deyə məlumatda bildirilir.
**** 10:35
Göyçay rayonunda 5 tələbə qız zəhərlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur.
Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
22 saylı məktəbdə kişi gözətçi xadiməçiyə yumruq vurub?
Məktəbdə gözətçi ilə qadınlar arasında insidentin yaşandığı iddia olunur. Hadisə Sumqayıtda baş verib. BAKU.WS xəbər verir ki, "Xəzər Xəbər"in vatsapp nömrəsin...
