Zəlzələdə həlak olan Mervenin cəsədi 18 ay sonra tapıldı
Türkiyənin Hatay vilayətində baş verən güclü zəlzələdən 18 ay sonra dəfn edildiyi deyilən Merve Ateşin cəsədi tapılıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, meyit eyni zəlzələdə vəfat edən ana və atasının yanına köçürülüb.
Bacısının məzarına qovuşmağın kədərli sevincini yaşadığını dilə gətirən İlknur Karaca, "Bacımın 20 ay sonra məzarı oldu, duasını edə biləcəyik" deyib.
Ailəsi ilə birlikdə yaşadığı evlərinin dağıntıları altında Merve Ateşə aid hər hansı bir izə rast gəlinməyib. 18 ay sonra gənc qızdan acı xəbər gəlib. DNA uyğunluqları ilə şəkillərlə aparılan yoxlamalar nəticəsində Ateşin cənazəsinin İskenderun rayonunda yerləşən Çankaya Qəbiristanlığına "Yağmur Uçmaz" adı ilə dəfn edildiyi aşkar edildi.
Qeyd edək ki, 50 mindən çox insanın can verdiyi zəlzələdə Merve Ateşin ana və atası dağıntılar altında qalaraq həyatını itirib.
Oxşar xəbərlər
Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub. "Report" xəbər verir ki, bu barədə Madaqaska...