"Masterchef" Nigar: "Atam bizi döyürdü, küçələrdə yatırdıq"

"Masterchef" iştirakçısı Nigar Akyıldız həyat hekayəsi ilə hər kəsi kədərləndirib.
BAKU.WS xəbər verir ki, veriliş zamanı münsiflərdən Danilo ilə dərdləşən iştirakçı illərdir ağır günlər yaşadığını bildirib:
"Heç bir şeyə uyğunlaşa bilmirəm. İnanın ki, bacım mənə bir söz dedi və 10 il idi ki, mən onu görmürdüm. Bu proqram sayəsində ilk dəfə bacımla barışdım. 10 ildir anamla danışmıram. Bunlar mənim üçün çətindir. Artıq dava edə bilmirəm. Kimsə dava edəndə yanına gedə bilımirəm. Belə bir psixoloji problemim var".
Gözyaşlarını saxlaya bilməyən Nigar atası tərəfindən şiddət gördüyünü və küçələrdə qaldığını deyib:
"Mənim atam əyyaş idi. Bizi çox döyürdü. Döyülmək içimdə böyük qorxu yaratmışdı. Mən həqiqətən də buna dözə bilmirdim. Çünki biz çox çətin böyümüşük. Atam 46 yaşında içkidən öldü. Bizi elə döyürdü ki, küçələrdə yatırdıq".
Qalereya
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
