Ebru Polat: "Rəfiqələrimin keçmiş ərləri mənimlə görüşmək istəyirdilər, imtina etdim"
Müğənni Ebru Polat daha bir müzakirələrə səbəb olan açıqlama verib.
BAKU.WS xəbər verir ki, "Aramızda Kalmasın" proqramına qatılan ifaçı "Rəfiqələrimin keçmiş ərləri mənimlə görüşmək istəyirdilər, mən imtina edirəm" deməklə hər kəsi şoka salıb:
"Eyni mühitdə olub bir-birlərinin keçmiş ərləri ilə görüşürlər. Mən buna çox təəccüblənirəm. Məsələn mənə, sadəcə "Salam" verən müğənni rəfiqələrimin keçmiş ərləri mənimlə tanış olmağa çalışırdılar. Amma mən mən onlara "Yox" dedim. Çünki sonra mən o qadının üzünə necə baxaram. Başıma o qədər çox şey gəldi ki... Hamısına "Yox" dedim. Mümükün deyil.
Mən zəng vurub "Ebru, məndən ayrılan həyat yoldaşım səninlə münasibət qurmaq istəyir" dedilər. Mən onlara "Yox" deyəndə onlara mənə "Təxmin edirdim əhsən sənə..." sözlərini söyləyiblər.
Qadınlar ayrıldıqdan sonra da həyat yoldaşlarını izləyirlər.
Kimləri rədd etdiyimi təxmin edə bilməzsiniz. Onlar arasında çox məşhur adamlar da var idi.
Mənim fanatlarımın çoxu qadınlardır. Onlar həyat yoldaşları ilə birlikdə rahat-rahat konsertlərimə gəlirlər. Onların həyat yoldaşı mənim yeznəmdir".
Xatırladaq ki, Ebru Polat bundan əvvəl də səs-küylü açıqlaması ilə diqqət çəkmişdi.
O kişilər haqqında "Mənə qul olmaq istəyən çox olub, çox var, amma qul varlı olanda yaxşıdır. Mən kasıb və maddi durumu zəif olan birinə pislik edə bilmərəm, daha da onun halına kədərlənərəm, amma varlı birinə istədiyim kimi davranaram" deyə bildirmişdi.
Oxşar xəbərlər
8 min il həbs cəzası alan Adnan Oktar yenidən məhkəməyə çıxarılıb
Türkiyədə 8 658 il həbs cəzasına məhkum edilən cinayətkar təşkilatının rəhbəri Adnan Oktar barədə daha bir məhkəmə iddiası qaldırılıb və 12 ilə qədər həbsi istə...