Tağı Əhmədov cənazəsi evinə GƏTİRİLDİ
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb.
Dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib.
Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər.
Yaxınlarının sözlərinə görə, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.
Ətraflı Baku TV-nin süjetində:
***21:08
"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.
Bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova "Qafqazinfo"ya təsdiq edib.
Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998-2014-cü illərdə "Bakı Metropoliteni" QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.
Oxşar xəbərlər
Bakıda yol-nəqliyyat hadisəsi olub, işıqfor yararsız vəziyyətə düşüb
Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat xidmətindən bildiri...