Tramp: Bayden administrasiyasından 1000-dən çox təyin olunmuş şəxs işdən çıxarılacaq
21
yan
2025
10:36
Donald Tramp Ağ Evdə Kadrlar Departamentinin Bayden administrasiyası dövründə təyin edilmiş 1000-dən çox əməkdaşın işdən çıxarılması üçün prosedurlara başladığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tramp Truth Social sosial platformasında paylaşım edib.
Yeni prezident açıqlamasında "Mənim prezidentlik kadrlar departamentim, əvvəlki administrasiya tərəfindən təyin edilmiş 1000-dən çox şəxsin vəzifədən uzaqlaşdırılması ilə fəal şəkildə məşğuldur," deyə bildirib.
Tramp həmin şəxsləri "Amerikanı Yenidən Böyük Etmək" (MAGA) vizyonuna uyğun gəlməyənlər kimi xarakterizə edib.
Oxşar xəbərlər
İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir
İsrail Rusiya istehsalı olan silahları Ukraynaya vermək istəyir. "Report" xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi feysbuk səhifəsində məlumat...