Bakının bəzi ərazilərindən pis qoxu gəlir - Səbəbi bilinmir
Bakının bəzi ərazilərində məlum olmayan pis qoxu yayılıb.
Milli.Az xəbər verir, paytaxt sakinləri deyirlər ki, bir neçə gündür hiss olunan qaz qoxusu hələ də çəkilməyib.
NZS qəsəbəsinin sakinlərinin sözlərinə görə, qoxu əsasən səhər saatlarında daha kəskin olur.
Narahatlığına səbəb olan qaz və ya mazut qoxusu daha çox "Əhmədli", 8-ci km, "Günəşli" və NZS qəsəbələri, eləcə də "Koroğlu" metrostansiyası istiqamətlərdə hiss olunur
Bunun qaz qoxusu olması iddiası ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, qurumun balansında olan qaz kəmərlərində böyük qoxuya səbəb olacaq dərəcədə sızmanın baş verməsi qeyri-mümkündür. Lokal bir hadisə ola bilər. Həmin hadisələrdə də ümumilikdə qaz iyinin borulardan bu qədər yayılması texniki cəhətdən mümkün deyil.
Bəzi sakinlər isə deyirlər ki, pis qoxunun yayılmasına səbəb 8 Noyabr prospektində yerləşən Bakı Neft Bazasının anbarlarının təmizlənməsidir. Məlumatı dəqiqləşdirmək üçün SOCAR PETROLEUM" QSC ilə əlaqə saxlanılıb.
Qurumdan qeyd edildi ki, Bakı şəhər ərazisində şirkətə məxsus 1 və 22 saylı Bakı neft bazası sahələri fəaliyyət göstərir. Amma heç birində təmizlənmə işləri aparılmır. Həmin ərazilərdə xoşagəlməz qoxunun səbəbi neft bazası ilə bağlı deyil.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, qeyd olunan ərazilərdən kəskin qoxu ilə bağlı heç bir şikayət daxil olmayıb.
Oxşar xəbərlər
Sakinlərin nəzərinə! - Bu ərazilərdə işıq OLMAYACAQ
Lənkəranda təmir işləri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" AS...