Türkiyədə xizək mərkəzindəki yanğında ölənlərin sayı artıb
21
yan
2025
23:36
Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:
"Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb".
Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
Oxşar xəbərlər
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin ax...