Rusiyada güclü zəlzələ olub
Sakit okeanda, Şimali Kuril adaları sahillərində 6,2 bal gücündə güclü zəlzələ baş verib.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Bildirilib ki, yeraltı təkanlar cümə axşamı, oktyabrın 24-nə keçən gecə qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda, ocağı isə 63 kilometr dərinlikdə yerləşib.
Bunun fonunda Severo-Kurilskdə 3 bal gücündə zəlzələ hiss olunub. Heç kim xəsarət almayıb və dağıntı qeydə alınmayıb. Həmçinin sunami təhlükəsi elan olunmayıb.
Oxşar xəbərlər
Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir. "Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "...