Səudiyyə Ərəbistanının neft gəlirləri ilə bağlı ŞOK RƏQƏMLƏR

Səudiyyə Ərəbistanının neft gəlirləri ilə bağlı ŞOK RƏQƏMLƏR
Dünya 99

Avqust ayında Səudiyyə Ərəbistanının neft satışından əldə etdiyi gəlirlər iyul ayı ilə müqayisədə 6 % azalaraq 17,4 milyard dollara çatıb. Bu, son 3 ildə ən aşağı göstəricidir.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi dövlət statistikasına istinadən məlumat yayıb.

Həmin müddət ərzində neftin qiyməti də 3% ucuzlaşıb.

24 oktyabr tarixinə olan məlumata görə, "Brent" markalı neftin bir barrelinin qiyməti 75 dollar ətrafında dəyişir. Neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqlar səbəbindən qorunub saxlanılır. Bu isə cari hasilat səviyyəsinə təsir edə bilər.

Səudiyyə Krallığının iqtisadi artımı neft gəlirlərindən çox asılıdır. Onun texnologiya, turizm və emal sənayesinin inkişafı üzrə ambisiyalı planı xammalın satışı planlarına əsaslanır. Lakin qiymətlərin düşməsi və ixracın kifayət qədər artmaması gözləntiləri dəyişdirir və ölkəni yeni metodlar axtarmağa vadar edir.

Son xəbərlər