TUSAŞ-a hücum edən terrorçulardan birinin kimliyi bilindi
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Ankarada törədilən terror aktında iştirak edən silahlılardan birinin şəxsiyyətini müəyyənləşdirə biliblər.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, terrorçu Kürdüstan Fəhlə Partiyasının üzvü, Rojge ləqəbli Ali Orek olub. O, əlavə edib ki, təhlükəsizlik qüvvələri həmin şəxsin məhv edilmiş tərəfdaşının kimliyini müəyyənləşdirir.
Xatırladaq ki, Türk Aerokosmik Sənayesinin (TUSAŞ) istehsal obyektində terror aktı oktyabrın 23-də baş verib. Terrorçular pulemyot, tapança və qumbaraatanlarla mühafizəçilərin yanından keçərək insanları girov götürə biliblər. İki hücumçu sonda məhv edilib. Nəticədə 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
Oxşar xəbərlər
Qambiya paytaxtının meri: Bahalı stadionlar yox, çoxfunksiyalı idman meydançaları lazımdır
Beynəlxalq maliyyə institutları və inkişaf bankları hələ də idman infrastrukturunu şəhərlərin dayanıqlı inkişafı alətindən daha çox asudə vaxt sahəsi kimi nəzər...