Türkiyədə bütün hava limanlarında narıncı xəbərdarlıq verilib
Türk Aerokosmik Sənayesinin (TUSAŞ) istehsal obyektinə hücumdan sonra Türkiyə daxilində hava limanlarında təhlükəsizlik səviyyəsi artırılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, narıncı xəbərdarlıq statusu ilə terror hücumlarına qarşı daha sərt tədbirlər görülür.
Bundan əlavə, qərardan sonra Sabiha Gökçen və İstanbul hava limanının giriş-çıxışında ehtiyat tədbirləri gücləndirilib.
Hava limanlarına daxil olan və çıxan avtomobillərdə hərtərəfli axtarış aparılır, sərnişinlərin şəxsiyyəti yoxlanılır.
Xatırladaq ki, dünən Ankaranın Kahramankazan rayonunda TAI obyektlərinin təhlükəsizlik girişində kamikadze hücumu həyata keçirilib.
Terror aktında 5 nəfər şəhid olub, 22 nəfər yaralanıb.
Oxşar xəbərlər
Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib
Yaponiyada "Soudelor" qasırğası səbəbindən 280-dən çox reys ləğv edilib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, reyslərin əksəriyyətinin Okinavadakı...