Ramzan Kadırov AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı həlak olanların yaxınlarına başsağlığı verib
25
dek
2024
12:08
Çeçenistan rəhbəri Ramzan Kadırov təyyarə qəzası ilə bağlı başsağlığı ünvanlayıb.
BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:
"Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları" aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm".
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Oxşar xəbərlər
Batumidən Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilməyib
Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib. Bu barədə "Report" təyyarənin göyərtəsində...