Qonşu ölkədə yeni TƏHLÜKƏLİ VİRUS - Bir ayda 5 nəfər ölüb
Moskvalı mütəxəssislər donuz qripinin yeni və təhlükəli epidemiyasını proqnozlaşdırıblar.
BAKU.WS xəbər verir ki, ən təhlükəli ştamlar A(H1N1)09 virusu və B qripidir.
Onların aktivliyi son bir ayda artıb və Rusiya Federasiyasının müxtəlif regionlarından olan 5 nəfər artıq dünyasını dəyişib.
Bildirilir ki, xəstələrə peyvənd vurulmayıb.
A(H1N1)09 virusu pnevmoniya da daxil olmaqla ciddi fəsadların inkişaf riskinin yüksək olması səbəbindən əhəmiyyətli təhlükə yaradır. Əhalinin ən həssas kateqoriyaları xroniki xəstəlikləri olan insanlar, yaşlılar və uşaqlardır.
Məlumata görə, artıq Ulyanovsk, Moskva, Novosibirsk, Voronej vilayətlərində və Trans-Baykal diyarında "donuz qripi"nin ştammından beş nəfər ölüb.
Oxşar xəbərlər
HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir
Fələstinin HƏMAS hərəkatı israilli girovların azad edilməsi prosesinə yanvarın 19-da başlamaq üçün İsraildən atəşkəs razılaşmasının qüvvəyə minməsinə 48 saat qa...