Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq müqaviləsi imzalanıb
Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.
Sənədlə Moskva ilə Tehran arasındakı münasibətlər yeni səviyyəyə çatacaq. Həmçinin müqavilə hər iki ölkənin strateji tərəfdaş statusunu təmin edir.
Eyni zamanda saziş uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.
İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.
Oxşar xəbərlər
HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir
Fələstinin HƏMAS hərəkatı israilli girovların azad edilməsi prosesinə yanvarın 19-da başlamaq üçün İsraildən atəşkəs razılaşmasının qüvvəyə minməsinə 48 saat qa...