KİV: Gülnarə Kərimovanın cəzası yüngüləşdirilib
Özbəkistanın mərhum birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Təşkent vilayətinin 21 saylı qadın koloniyasından Zangiota rayonunda yerləşən 42 saylı koloniyaya köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə "vesti.kg" portalı məlumat yayıb.
"Gülnarə 5-6 çemodanla xoşbəxt şəkildə koloniyanı tərk etdi. Gedərkən o, illər ərzində yaxın münasibət qurduğu məhkumlarla qucaqlaşdı. Gülnarəni DİN nümayəndələri və koloniyamızın rəisi Gülrux Kərimova yola saldı",- deyə qadın koloniyasının əməkdaşı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Gülnarə dəfələrlə cəzaçəkmə qaydalarını pozub, töhmət və xəbərdarlıqlar alıb. Buna baxmayaraq, koloniya rəhbərliyi Kərimovanın koloniyadan yaşayış məntəqəsinə köçürülməsi ilə bağlı ərizə təqdim edib və məhkumun təyin edilmiş cəzanın üçdə birini çəkdiyini qeyd edib.
Özbəkistan DİN-in mətbuat xidməti, Cəzaçəkmə İdarəsi və ya Ombudsman Ofisi Gülnarə Kərimovanın cəza şərtlərinin yumşaldılması ilə bağlı məlumatı rəsmi olaraq nə təsdiq, nə də təkzib edib.
Gülnarə Kərimova 2029-cu ilədək bir neçə cinayət maddəsi, o cümlədən saxtakarlıq və mütəşəkkil cinayətkar qrup yaratma ilə əlaqədar məhkum edilib.
Oxşar xəbərlər
Tramp ABŞ tarixində mühakimə olunan ilk prezident olub
Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp barəsində şərtsiz azad etmə qərarı çıxarıb. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə gö...