Basketbolçu sevgilisini otelə çamadanda gətirdiyi üçün cəzalandırıldı
Çinin "Guangzhou Long Lions" basketbol klubunun oyunçusu Canq Sinlyan sevgilisini çamadanda otelə gətirdiyi üçün matçlardan uzaqlaşdırılıb.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı məlumat The Sun tərəfindən yayımlanıb.
Məlumata görə, Canq 5 yanvarda "Qingdao DoubleStar" komandası ilə keçiriləcək oyun öncəsi sevgilisi ilə vaxt keçirmək və ona dərslərində kömək etmək istəyib. Bu barədə məlumat sevgilisinin Weibo sosial şəbəkəsində paylaşdığı şəkillərdən məlum olub. Paylaşılan görüntülərdən birində onun çamadana girdiyi görünür. Daha sonra həmin postlar silinib.
Klub rəhbərliyinin və məşqçilər heyətinin qərarına əsasən, Canq matçlardan kənarlaşdırılıb. O, baş verənlərə görə üzr istəyib.
Oxşar xəbərlər
Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Kİ...