HMPV virusu yayılır: Üç risk qrupuna təhlükə yaradır
Çində yayılan İnsan Metapnevovirusu (HMPV) ilə bağlı xəbərdarlıqlar edən infeksion xəstəliklər üzrə mütəxəssis dosent Hüseyn Diktaş bu virusun xüsusilə uşaqları, yaşlıları və zəif immunitet sistemi olan şəxsləri təhdid etdiyini bildirib.
BAKU.WS xəbər verir ki, haber global məlumat yayıb.
HMPV əsasən yüksək hərarət, soyuqdəymə, öskürək və bəlğəm kimi simptomlarla başlayır. Dosent Diktaş bu virusun yoluxma riskinin yüksək olduğunu vurğulayaraq xəstəliyin xüsusilə zəif immunitetli şəxslərdə daha ağır keçə biləcəyini qeyd edib.
Diktaş HMPV-nin əsasən Covid-19 və qripə bənzər simptomlarla özünü göstərdiyini, lakin doğru diaqnoz üçün PCR və digər sürətli testlərin vacib olduğunu deyib. Bu virus, xüsusilə 65 yaşdan yuxarı şəxslər, uşaqlar və xroniki ağciyər xəstəlikləri olanlar üçün ciddi təhlükə yaradır.
HMPV virusunun simptomlarına burun axıntısı, öskürək və hərarət daxildir. Xəstəlik ağırlaşdığı halda sətəlcəm yarada və nəfəs darlığı ilə müşayiət oluna bilər.
HMPV-yə qarşı hazırda effektiv antiviral müalicə və ya peyvənd yoxdur. Müalicə yalnız simptomları yüngülləşdirmək məqsədi daşıyır. Diktaş virusa qarşı qorunmaq üçün insanların maska taxmasını, şəxsi gigiyena qaydalarına ciddi əməl etməsini və izdihamlı yerlərdən uzaq durmasını tövsiyə edib. Sosial məsafəyə riayət edilməsi və əllərin müntəzəm yuyulması virusun yayılmasının qarşısını almaq üçün ən təsirli üsullardan biridir.
Çində virusun yayılması ilə bağlı xəstəxanalarda artan yüklənmə və sosial mediada yayılan görüntülər yeni bir pandemiya narahatlığını gündəmə gətirib. Çinin şimalında HMPV-nin artışı mövsümi faktor kimi qiymətləndirilsə də, dünya miqyasında bu virusun təsiri ilə bağlı müzakirələr davam edir.
Oxşar xəbərlər
Ermənistanda həbsxanada məhbusu asılmış vəziyyətdə aşkarlanıb
Ermənistanın Artik həbsxanasında məhkum asılmış vəziyyətdə aşkarlanıb. Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir. Penitensiar qurumun məlumatına g...