Gürcüstanın sabiq baş nazirinə hücum olub

Gürcüstanın sabiq baş nazirinə hücum olub
Dünya 67

Gürcüstanın sabiq baş naziri Georgi Qaxariyaya hücum olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.

Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi "Qaxariya - Gürcüstan naminə" partiyasının mətbuat xidməti təsdiqləyib.

Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.

Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.

Son xəbərlər