Elektrik mühərrikli avtobusları idarə edən sürücülərə təlim keçirilirmi? - RƏSMİ CAVAB
Elektrik mühərrikli avtobusların idarə olunması ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrindən fərqli bacarıq və yanaşma tələb edir.
BAKU.WS-in məlumatına görə, bu səbəbdən belə avtobusları idarə edən sürücülərin xüsusi hazırlıq keçməsi mühüm əhəmiyyət daşıyır.
Təlimlər yalnız təhlükəsizlik standartlarının təmin olunması üçün deyil, həm də sərnişinlərin rahatlığını artırmaq və onlardan gələn şikayətləri minimuma endirmək məqsədi daşıyır.
Bəs elektrik mühərrikli avtobusları idarə edən sürücülərə hər hansı təlim keçirilirmi? Çünki zaman-zaman bu sürücülərlə bağlı redaksiyamıza şikayətər daxil olur və bəzi sürücülərin bu avtobusları idarə edərkən sərnişinlərə diskomfort yaşatdıqları qeyd edilir.
"BakuBus"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, elektrik mühərrikli avtobusları idarə etmək üçün sürücülər xüsusi təlimlərdən keçirlər.:
"Bu təlimlərdə sürücülərə elektrik mühərriklərinin iş prinsipləri, enerji idarəetmə qaydaları, təhlükəsizlik tədbirləri və müasir texnologiyalardan istifadə öyrədilir. Təlimlər həm nəzəri, həm də praktik mərhələləri əhatə edir və sertifikatlaşdırma ilə yekunlaşır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Öz işini qurmaq istəyənlərə ŞAD XƏBƏR - Bu sahələrə pul veriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi...