Serenay Sarıkayadan ilk açıqlama: "Məni gözdən salmaq istəyirlər"
Məşhur aktrisa Serenay Sarıkaya dindirildikdən sonra ilk dəfə jurnalistlərə açıqlama verib.
BAKU.WS xəbər verir ki, ötən gün İstanbul Baş Prokurorluğuna çağırılan aktrisa şər və böhtana məruz qaldığını bildirib:
"Haqqımızdakı yalanlara, böhtanlara son qoymaq üçün ifadə verdim. Mən də hüquqi prosedurlara başlayacağam. Bura qədər dişlərimlə, dırnağımla gəlmişəm. Məni gözdən salmaq istəyirlər".
Xatırladaq ki, Serenay meneceri olan Ayşe Barım haqqında sosial şəbəkələrdə yer alan iddialarla bağlı keçirilən istintaq çərçivəsində dindiriləcək.
Ayşe Barım Türkiyədə film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlib. O özünə qarşı əks fikirdə olan aktyorları sektordan uzaqlaşdırmaqda ittiham olunur.
Onun ölkədən çıxışına qadağa qoyulub.
Oxşar xəbərlər
Pişiklər üçün 10 min TL aliment ödəniləcək
Türkiyədə boşanan cütlük iki pişiyi üçün aliment və qəyyumluq iddiası əlavə edib. BAKU.WS xəbər verir ki, məhkəmənin təsdiqlədiyi protokola görə, pişiklərin him...