TikTok ABŞ-də qadağa olunacaq?

TikTok ABŞ-də qadağa olunacaq?
Dünya 38

TikTok-un ABŞ-da qadağasına hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

TikTok mobil tətbiqinin yüksək səviyyəli rəhbərləri bazar günü ABŞ-də tətbiqin birdən-birə bağlanmasına hazırlaşırlar. Bu barədə "The Information" mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ali Məhkəmənin qərarı tətbiqin ABŞ-da qadağan olunmasını nəzərdə tutan qanunun tətbiqini yalnız ləngidə bilər.

ABŞ-dəki TikTok istifadəçiləri alternativ Çin şəbəkəsi "RedNote" (digər adı Xiaohongshu) platformasına üz tutur. "South China Morning Post" (SCMP) qəzetinin məlumatına görə, ekspertlər bu köçün müvəqqəti ola biləcəyini bildiriblər.

2024-cü ildə qəbul edilən qanuna əsasən, tətbiqin Çinli sahibi ByteDance ya sosial şəbəkəni ABŞ-da satmalı, ya da yanvarın 19-na qədər onu ölkədə tamamilə bağlamalıdır. TikTok ətrafındakı vəziyyət Demokratlar və Respublikaçılar arasında mübahisələrə səbəb olub. Lakin hər iki partiya qanunu geniş şəkildə dəstəkləyib. Ən güclü müxalifət isə tətbiqdən ən çox istifadə edən gənclərdən gəlib.

Dekabrın sonlarında ABŞ-nin seçilmiş prezidenti Donald Trump qadağanın təxirə salınması üçün hakimlərə müraciət edib.

Son xəbərlər