Gürcüstan prezidenti məktəbləri aksiyalara çağırıb

Gürcüstan prezidenti məktəbləri aksiyalara çağırıb
Dünya 78

Gürcüstan prezidenti Zurabişvili məktəbləri etiraz aksiyalarına qoşulmağa çağırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Salome Zurabişvili "X" sosial şəbəkəsində paylaşım edib.

"Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəy olduqlarını bildirmək növbəsi məktəblərə çatır", - deyə paylaımda qeyd olunub.

Dekabrın 2-nə olan məlumata görə, Gürcüstanda etiraz aksiyaları zamanı 200-dən çox adam saxlanılıb. Polisdən verilən məlumata görə, 98 nəfərə qarşı qaldırılan işlərin materialları artıq məhkəməyə təqdim edilib.

Son xəbərlər