Hələb və İdlibdə 400-dən çox suriyalı müxalif döyüşçü öldürülüb
Suriya Ərəb Respublikasının Silahlı Qüvvələri və Rusiyanın Hərbi Kosmik Qüvvələri silahlı müxalifətinin 400-dən çox yaraqlısını zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri ilə birgə həyata keçirilən dəqiq zərbələr nəticəsində 400-dən çox yaraqlı, o cümlədən əcnəbi öldürülüb.
Bundan əlavə, Suriya Baş Qərargahı Hələb və İdlib əyalətlərində üsyançıların mövqelərini və təchizat yollarını bağladığını, həmçinin hökumət əleyhinə qüvvələrin beş qərargahı və yeddi silah-sursat anbarının və pilotsuz uçan aparatının məhv edildiyini açıqlayıb.
Oxşar xəbərlər
İstanbulda bələdiyyə ilə bağlı korrupsiyada 68 nəfər SAXLANILDI
Türkiyənin İstanbul şəhərində Bakırköy Bələdiyyəsində tenderlərdə qanun pozuntuları və sahibkarlardan rüşvət tələb edilməsi iddiaları araşdırılır. İş üzrə 68 nə...