Nigeriyada sərnişin gəmisi batıb: 54 nəfər ölüb

Noyabrın 29-da Nigeriyanın Niger əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 54-ə yüksəlib.
BAKU.WS xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) Niger Dövlət İdarəsi və Nigeriya Qızıl Xaç İdarəsi tərəfindən birgə açıqlama verilib.
Açıqlamada bölgədə davam edən axtarış işlərində həyatını itirənlərin sayının 54-ə yüksəldiyi bildirilib.
Axtarış-xilasetmə işləri zamanı 24 nəfərin xilas edildiyi və işlərin davam etdirildiyi qeyd olunub.
Qayıqda olan sərnişinlərin sayının məlum olmadığı və sərnişinlərin heç birində xilasedici jilet olmadığı vurğulanıb.
Digər tərəfdən, milli mətbuatda çıxan xəbərlərdə batan qayıqda 200 nəfərin olduğu iddia edilib.
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
