Dünyanın ən böyük aysberqi Britaniya adası ilə toqquşa bilər
Dünyanın ən böyük aysberqi olan və Antarktidada yerləşən nəhəng A23a aysberqi yaxın zamanda Britaniyaya məxsus Cənubi Corciya adası ilə toqquşa bilər.
BAKU.WS xəbər verir ki, CNN-in məlumatına görə, bu buz kütləsinin hərəkəti alimlər arasında ciddi narahatlığa səbəb olub.
Bildirilir ki, aysberqin adaya çatmasına təxminən 300 kilometr qalıb. Daha isti sularda hərəkət edərkən aysberq müəyyən qədər parçalanmağa başlayıb. Buna baxmayaraq, A23a hələ də nəhəng ölçülərə malikdir - sahəsi 4 000 kvadratkilometrdən çoxdur ki, bu da London və ya Sankt-Peterburq şəhərlərinin sahəsindən iki dəfə artıqdır. Onun çəkisi isə bir trilyon tondan çoxdur.
Əgər aysberq əriməyə və kiçik hissələrə bölünməyə başlasa, bu parçalar Cənubi Corciya adası ətrafında üzərək "aysberqlərdən ibarət üzən şəhər" yarada bilər. Bundan əlavə, A23a-nın miqrasiyası heyvanlar üçün də ciddi problemlər yarada bilər, çünki buz təbəqəsi pinqvinlər və suitilər üçün qida mənbəyinə girişin qarşısını ala bilər.
Digər ehtimala görə, A23a Cənubi Afrika istiqamətinə hərəkət edə və oradakı gəmiçilik yollarını pozaraq ciddi problemlərə səbəb ola bilər. Aysberq əvvəllər Ronne buzlaqdan qoparaq Vedel dənizində üzürdü. Lakin 1986-cı ildə dayazlığa oturdu və elm adamlarının məlumatına əsasən, 30 il ərzində hərəkətsiz qalıb. İndi isə yenidən hərəkətə keçərək Antarktika dayazlığını tərk etməyə və "aysberqlər xiyabanı" adlanan bölgə vasitəsilə Cənub okeanının daha geniş hissəsinə doğru irəliləməyə başlayıb.
Oxşar xəbərlər
Husilər BMT əməkdaşlarını girov götürüblər
Yəmənin şimalında hakim olan "Ənsar Allah" (husilər) hərəkatı BMT əməkdaşlarının daha bir qrupunu oğurlayıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin bu gün v...