İmicini dəyişən Xalq artisti Hollivud ulduzlarına bənzədi

İmicini dəyişən Xalq artisti Hollivud ulduzlarına bənzədi
Foto
Şou-biznes 26572

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə imicini dəyişib.

BAKU.WS xəbər verir ki, pop ulduz uzun sarı saçlarını dəyişərək, qısa qəhvəyi tonlarına keçib.

Müğənni yeni imicində kamera qarşısına keçib. Estrada ulduzunun klassik Hollivud ulduzları tərzində olan fotosessiyasının müəllifi fotoqraf Anfisa Bessonovadır.

İmicini dəyişən Xalq artisti Hollivud ulduzlarına bənzədi

Əsrarəngiz görünən Xalq artistinin saçları üzərində məşhur stilist Fərid Bağırov çalışıb.

Ağayevanın fotosessiyasındaki stylingini müğənninin şəxsi stilisti Şamxal Ramazanlı edib. Ağlara bürünən pop ulduzun geyimi "Jamaloff"s Couture" aiddir.

İmicini dəyişən Xalq artisti Hollivud ulduzlarına bənzədi

Makiyaj və saç düzümü üzərində stilist Sabir Bağırov çalışıb.

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

İmicini dəyişən Xalq artisti Hollivud ulduzlarına bənzədi

Xalq artisti Tünzalə Ağayeva imicinin belə tez dəyişməsini belə açıqlayıb:

"Saç tərzimin belə tez dəyişməsini mənim sevənlərim istədi. Bir çox pərəstişkarım məni qısa və tünd rəngli sevib. Bu baxımdan hər zaman olduğu kimi Fərid Bağırov və onun komandasına dərin təşəkkürümü bildirirəm. Lalə və Romana da minnətdaram ki, növbəti dəfə uğurlu işə imza atdılar. Bu fotosessiyanın tərzi klassik Hollivud filmləridir. Bizim istəyimiz yeni imici məhz belə mükəmməl fotosessiya ilə tamaşaçılarımıza göstərmək idi. Qeyd edim ki, fotosessiyanın ideya müəllifi şəxsi stilistim Şamxal Ramazanlıdır".

İmicini dəyişən Xalq artisti Hollivud ulduzlarına bənzədi

Oxşar xəbərlər

Azərbaycanlı rejissor müğənnini yeni filmində baş rola çəkəcək

Azərbaycanlı rejissor müğənnini yeni filmində baş rola çəkəcək

Tanınmış kinorejissor Faiq Nağıyev azərbaycanlı müğənnini yeni filminə çəkəcək. BAKU.WS xəbər verir ki, ekran işində "Azəristar 2006" yarışmasının iştirakçısı N...

144 Şou-biznes 17:54 15 sentyabr 2025

Son xəbərlər