Dələduzlar özlərini Bred Pitt kimi təqdim edib, qadınların 362 000 dollarını mənimsədilər

Dələduzlar özlərini Bred Pitt kimi təqdim edib, qadınların 362 000 dollarını mənimsədilər
Foto
Dünya 123

Naməlum şəxslər özünü Hollivud ulduzu Bred Pitt kimi təqdim edərək iki qadından 362 min dollar alıb.

BAKU.WS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, qadınlara qarşı qarşı dələduzluq edən 5 şəxs həbs edilib.

İspaniyanın 8 vilayətində həyata keçirilən əməliyyatlar nəticəsində daha 10 nəfər də dələduzluqda ittiham edilib.

Qadınlardan biri dələduzlara 195 min dollar, digəri isə 167 min dollar verib.

Polis bu məbləğin sadəcə 95 min dollarını qaytara bilib.

Polisin məlumatına görə, fırıldaqçılar sosial şəbəkələrə göz gəzdirərək öz qurbanlarını tapıblar. Hər iki qadının depressiyada olduğu və uzun müddətdir həyatlarında eşq olmadığı məlum olub. Qadınlar özünü Bred Pitt kimi təqdim edən şəxslərə inanıb. Onlara Bred Pittlə birlikdə həyat yaşamaq vəd edilib.

Dələduzlar saxta bank hesabı yaradaraq qadınların pulunu mənimsəyiblər.

Oxşar xəbərlər

Son xəbərlər