50 yaşlı "Playboy" modeli indi taksi sürür
ABŞ-da yaşayan 50 yaşlı Nanette Hammond Loskyavonun pulu tükənib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Playboy" modeli pulu azaldığından taksi sürücüsü kimi işləməyə başlayıb.
"Ailəm dağılanda, pulsuz qaldım və oğullarından birinin himayəsini itirdim. 17 il evdar qadın olmuşam və maliyyə baxımından tamamilə keçmiş ərimə bağlı idim. Həyatım əsl nağıl idi. Mən bir köşkdə yaşayırdım. "Mənim daha iki evim var - Mayami və Yeni Orleanda. İndi də birtəhər dolanmaq üçün Uber-də icarəyə götürülmüş maşında işləyirəm", - deyə "Playboy" bildirib.
O, keçmişdə çoxlu lüks avtomobillərə sahib olduğunu, alış-veriş edərkən heç vaxt pul saymadığını və plastik əməliyyatlara külli miqdarda pul xərclədiyini bildirib.
Buna baxmayaraq, o, təslim olmaq niyyətində deyil və artıq üç ildir ki, oğlunun qəyyumluğunu geri almağa çalışır. Onun 6 uşağı var.
O pərəstişkarlarından "Dünyanın ən seksual taksi sürücüsü" ləqəbini alıb.
"Hazırda pis vəziyyətdəyəm, amma hər şey yaxşılığa doğru dəyişəcək" - deyə, Nanette Hammond Loskyavo bildirib.
Qalereya
Oxşar xəbərlər
Tayvanda Çinə məxsus təyyarə və gəmilər görünüb
Tayvan Adası ətrafında Çinə məxsus 24 hərbi təyyarə və 6 gəminin müşahidə edildiyi bildirilib. BAKU.WS xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin sosial media...