BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına yenidən baş çəkib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayında Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkmişlər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir",-məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
Prezident İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb. BAKU.WS xəbər verir...