Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əli-məmməd oğlu Həsənzadə Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, mərkəzimizin kardiologiya və kardiocərrahiyyə məsələləri üzrə kordinatoru, həkim kardioloq Fərid Əliyev tərəfindən əməliyyatı uğurla icra olunan Nəriman bəyin hal-hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
Xalqımızın sevimli şair, dramaturqu 93 yaşlı pasiyentimiz 12 yanvar axşam saatlarında Bakı Sağlamlıq Mərkəzinə müraciət edib. Tətbiq olunan ablasiya proseduru əsnasında altda öz ürək ritminin olmadığı aşkarlanıb və qısa müddətli kardiopulmonar resusitasiya (KPR) icra olunub. Ürək ritminin izlənməməsi səbəbindən pasiyentə müvəqqəti stimulator taxılıb və müvəqqəti stimulator sonrasında eyni seansda daimi stimulyator implantasiyası proseduru icra olunub. Pasiyent bir neçə saatlıq reanimasiya müşayətinin ardından intensiv palataya keçirilib.
Şeirləri ilə Azərbaycan mədəniyyətinə töhfə verən Nəriman Həsənzadənin vəziyyəti ilə daima yaxından maraqlanan Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun əməliyyat sonrası pasiyent ziyarətindən görüntüləri sizlərə təqdim edirik.
Qalereya
***13:03
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a şairin yaxınları məlumat veriblər.
Bildirilib ki, şairin hazırda xəstəxana şəraitində müalicəsi davam etdirilir.
Onun sabah evə buraxılması gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun vəfat edən əsgəri ilə bağlı RƏSMİ AÇIQLAMA
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Baxşəliyev Adil Baxşaliyeviçin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcə...