Bu qidalar depressiyanın yaranmasına səbəb ola bilər

Bu qidalar depressiyanın yaranmasına səbəb ola bilər
Digər 127

Şəkər və fast-food məhsullarının həddindən artıq istehlakı, həmçinin gecə vaxtı qəhvə içmək depressiyaya yol aça bilər.

BAKU.WS xəbər verir ki, bu barədə dietoloq və qidalanma mütəxəssisi Yevgeni Arzamasov "Moskva 24"ə müsahibəsində bildirib.

Mütəxəssis qeyd edib ki, qidalanma insanın əhval-ruhiyyəsinə birbaşa təsir edir.

"Qidalanma psixoloji təsir göstərən və insana sevinc bəxş edən amillərdən biridir. Əgər hər gün eyni yeməklər yeyilərsə, bu monotonluq əhval-ruhiyyəni pisləşdirə və depressiyaya səbəb ola bilər", - deyə Arzamasov vurğulayıb.

Dietoloq bildirib ki, faydalı elementlərdən məhrum olan qidaların, o cümlədən şirniyyat, fast-food və tez hazırlanan sıyıqların həddindən artıq istehlakı belə vəziyyətlərə gətirib çıxara bilər.

Həmçinin, mütəxəssis yatmazdan əvvəl kofein tərkibli içkilərdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, bu cür içkilər yuxusuzluğa səbəb olur ki, bu da depressiya riskini artırır. Buna görə də qəhvəni günün birinci yarısında içmək daha məqsədəuyğundur.

Arzamasov əhval-ruhiyyəni qorumaq üçün müxtəlif və dadlı qidalar yeməyi, zərərli məhsullardan uzaq durmağı məsləhət görüb.

"Yemək boşqabı gözəl görünməlidir, çünki bu da sevinc və vizual zövq mənbəyidir. Yeməklərə göyərti, tərəvəz və meyvələr əlavə etmək olar", - deyə mütəxəssis əlavə edib.

Son xəbərlər