Qripin müalicəsində buraxılan beş SƏHV

Qripin müalicəsində buraxılan beş SƏHV
Digər 115

İnfeksionist qripin müalicəsində buraxılan beş səhvi açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.

İnfeksionist və pediatr Yevgeni Timakovun sözlərinə görə, qripin düzgün müalicə olunmaması ciddi fəsadlara səbəb ola bilər. Həkim insanlar arasında qripin müalicəsində ən çox buraxılan beş yayğın səhv haqqında xəbərdarlıq edib. Bu barədə o, kp.ru ilə söhbətində bildirib.

Timakov qeyd edib ki, xəstələr tez-tez öz-özünü müalicə etməyə çalışır, təsirsiz antiviral preparatlar qəbul edir və ya aspirinlə hərarəti salmağa cəhd edirlər. Onun sözlərinə görə, simptomların ortaya çıxmasından sonra ilk 48 saat ərzində xəstələrə yalnız qrip diaqnozu qoyulubsa, oseltamivir əsaslı antiviral preparat təyin olunur. Aspirin isə böyüklərdə qanaxma, uşaqlarda isə koma vəziyyətinə səbəb ola bilər.

Eyni zamanda, xəstələrin qripi adi soyuqdəymə kimi qəbul etməsi və düzgün müalicəyə gec başlaması da böyük səhvlərdən biridir. Ekspert, xüsusilə risk qrupuna daxil olan şəxslərin - uşaqların, hamilə qadınların, ciddi xroniki xəstəlikləri olan pasiyentlərin və 60 yaşdan yuxarı şəxslərin mütləq həkimə müraciət etməli olduğunu vurğulayıb.

"Qrip adi bir soyuqdəymə deyil"

Timakov bildirib ki, qrip infeksiyası ürək, böyrək, ürək-damar və sinir sisteminə, həmçinin bədənin demək olar ki, bütün orqan və toxumalarına zərər verə bilər. O, xəstələrə səhhətlərinə ciddi yanaşmağı və xəstəliyi ayaqüstə keçirməmələrini tövsiyə edib. Fiziki və emosional gərginlik ürək-damar sistemi ilə bağlı problemlərə gətirib çıxara bilər.

Bundan əlavə, insanların buraxdığı başqa bir səhv, sağaldıqdan dərhal sonra tam gücü ilə işləməyə başlamaqdır. Həkim sağalma prosesinə vaxt ayırmağı və yüngül gəzintilərin bərpa olunma prosesinə kömək edəcəyini vurğulayıb.

Oxşar xəbərlər

Ömürlük dost ola biləcək BÜRCLƏR

Ömürlük dost ola biləcək BÜRCLƏR

Bürc işarələri sizin üçün ömürlük sadiq dost olacaq şəxsi müəyyən etməkdə çox şey deyə bilər. BAKU.WS xəbər verir ki, astroloqlar xüsusi uyğunluğu olan və uzun...

285 Digər 07:58 15 yanvar 2025

Son xəbərlər