Baş Nazirdən sürücülüklə bağlı yeni QƏRAR

Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasını təsdiq edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” və “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədin forması” təsdiq edilib.
Qalereya
Oxşar xəbərlər
Qərarsız protokol, MMX protokol nə vaxt qüvvəyə minir? - VİDEO
Sürücülərin bir çoxu MMX protokolla bağlı suallar varirlər. Onlardan biri budur: "Qərarsız protokolum var idi. MMX protokoldan məktub gəlməmişdi. Yolda YPX insp...
