VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiyanın ən böyük avtomobil şirkəti olan "AvtoVAZ"  7445 ədəd "Lada Largus” markalı  minik avtomobilini geri çağırıb.

ANS PRESS-in məlumatına görə, çağırışa səbəb isə avtomobillərin mühərrikinin soyutma hissəsində məftilin ərimə ehtimalının olmasıdır. Bu çağırış К4М mühərrikli maşınlara aiddir. 

Problem yalnız 16 noyabr 2015-ci il tarixindən bu istehsal olunan avtomobillərdə yaranıb.

Şirkətin rəsmi məlumatında bildirilir ki, avrtomobillərin sahiblərinə telefon vasitəsi ilə məlumatlar göndərilib. Həmçinin "Lada Largus” markalı avtomobillərin sahibləri təmir işlərinin aparılması üçün şirkətin rəsmi diler mərkəzlərinə yaxınlaşa bilərlər.

Təmir zamanı həmin problem olan detal yenisi ilə əvəzlənəcək. 

Bundan əvvəl "Volkswagen" şirkəti təhlükəsizlik yastıqlarındakı problem səbəbi ilə Rusiyadan 689 avtomobilini geri çağırmışdı. 613 avtomobil şirkətin "Volkswagen Tiguan", 76 avtomobil isə "Audi Q5" modellərinə aid edilib. Bu avtomobillərin istehsalı 2015-2016-cı illərdə həyata keçirilib.

Bu ilin  yanvarından isə şirkət Çindən 78 min avtomobili dizayn qüsurlarına görə geri çağırıb.
 
BAKU.WS