Putin iclasa "Lada Vesta" avtomobili ilə gəldi (VİDEO)
Rusiya prezidenti Vladimir Putin Soçidə "Valday" diskussiya klubunun iclasına yaşıl "LADA Vesta" ilə gəlib.
BAKU.WS-in məlumatına görə, avtomobili şəxsən idarə edən Putin "LADA Vesta"nı yüksək qiymətləndirib. İclasa gedərkən sürət limitini ötən Putin qaydaları pozduğunu etiraf edib: "Yolda sürət maksimum 30-50 km/saat idi. Ancaq düzünü desəm mən bir az sürətli gedirdim", - deyə Putin söyləyib.
Rusiya prezidentinin test etdiyi avtomobil avtomat ötürmə qutusuyla təchiz edilib. Putin ilk dəfə deyil ki, sükan arxasında "LADA" avtomobilini test edir. hələ 2010-cu ildə o, baş nazir olaraq Xabarovsk-Çita yolunda "Kalina"nın sürüb. 2011-ci ildə isə Putin "LADA Granta" avtomobilinin test-drayvında iştirak edib.
"LADA Vesta" istehsalına artıq sentyabrdan başlanıb. 2015-ci ilin sonuna kimi 5-6 min civarında avtomobil istehsal ediləcəyi güman edilir. 2016-cı ildə AVTOVAZ "Vesta"nın sayını 70 minə qədər çatdıra bilər. Yeni avtomobil 25 noyabrda satışa çıxarılacaq. "LADA Vesta"nın qiyməti 495-600 min rubl (8-10 min AZN) təşkil edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Putin önəmli mesajlar verdi
Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin Dövlət başçıları şurasında önəmli mesajlar verib. BAKU.WS məlumat verir ki, Putin Suriyada döyüşən rus əsgərlə...