SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Sürücülərdən biri - Ceyhun Mirzəyev Avtosfer.az-a müraciət edib.
 
O qeyd edir ki: "Bu il iyunun 3-də, saat 10:08-də A.Bakıxanov küçəsində qoşa xəttin tələbini pozaraq qarşı yola çıxmağımla bağlı mənə elektron protokol tərtib olunub. Həmin gün elə şəkildən də göründüyü kimi, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində nizamlayıcı-inspektor var. Onun tələbi ilə sürəti artırıb qoşa xətti keçərək hərəkətin olmadığı qarşı hərəkət istiqamətinə çıxmışam. O küçə ilə hərəkət edənlər bilirlər ki, o yolu demək olar ki, hər gün belə boşaldırlar. Və 1.3 nişanlanma xəttini keçənin yalnız mən olmadığım, həmçinin arxada polis ekipajının olması sübutdur ki, bu, nizamlayıcının tələbi ilə edilib. Fikrimcə, bunu elektron protokolu tərtib edənlər də bilməlidirlər".

Sürücü məktubunda həmçinin qeyd edib ki, həmin protokoldan elektron qaydada Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova şikayət məktubu ünvanlayıb və protokola xitam verilməsini xahiş edib.
 
BAKU.WS