SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə evakuatorun yol hərəkəti qaydalarını pozduğu ilə bağlı görüntülər yayılıb. Yolda hərəkət istiqamətini göstərən işarələr olsa da, evakuator sürücüsü buna məhəl qoymadan əsk istiqamətdə yoluna davam edir.

BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, Bakının Nizami küçəsində Dövlət Yol Polisinə məxsus evakuator sürücüsü durma-dayanma qaydasını pozmuş 90 PC 761 nömrə nişanlı avtomobili ərazidən götürərkən kobud qayda pozuntusuna yol verib. Yolda əks istiqamətdə hərəkət etməklə qarşıdan gələn avtomobillər üçün təhlükə törədib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, qayda pozuntusuna yol vermiş evakuator sürücüsü haqqında tədbir görülür.

Şöbə rəisinin sözlərinə görə, avtomobilin dövlət nömrə nişanının yararsız vəziyyətdə olmasına görə də ölçü götürüləcək.
 
BAKU.WS