Dövlət maşınları bu tarixdə satışa çıxır - KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)

04
sen
2018
15:08
Azərbaycanda dövlət maşınları satışa çıxarılır. BAKU.WS-in məlumatına görə, 18 sentyabr tarixində hərraca Vergilər Nazirliyinin 8 ədəd avtomobili çıxarılacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)(tel:566-07-44)BAKU.WS
S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti(manatla) | 10% beh(manatla) |
1. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | KİA Optima | 2005 | 4200 | 420 |
2. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | KİA Optima | 2005 | 4000 | 400 |
3. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | KİA Optima | 2005 | 4000 | 400 |
4. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | KİA Optima | 2005 | 4000 | 400 |
5. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | KİA Optima | 2005 | 4000 | 400 |
6. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | Daewoo Nexia | 2005 | 3000 | 300 |
7. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | Daewoo Nexia | 2007 | 3200 | 320 |
8. | Azərbaycan Respublikasının Vergilər Nazirliyi | Daewoo Nexia | 2005 | 3000 | 300 |
Oxşar xəbərlər
Dövlət maşınları satışa çıxır - FIAT 3500, BMW 16000 AZN (QİYMƏTLƏR)
Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.Bu barədə BAKU.WS-ə Əmək məsələləri dövlət komitəsindən məlumat verilib.Qeyd: 1...
