Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
İyunun 4-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə əlbir olaraq xuliqanlıq edərək (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) ağır xəsarətlər yetirməkdə ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı İsgəndərov Fərhad Bəhruz oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunaraq həbs edilib.
BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunmuş, habelə səmərəli danışıqlar aparılmışdır. Nəticədə həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunmuşdur.
Fərhad İsgəndərov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Tovuzda ailə üzvləri arasında mübahisə düşüb, 1 nəfər balta ilə öldürülüb
Tovuzda baş verən mübahisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb. BAKU.WS Apa-ya istinadən xəbər verir ki, ölən və xəsarət alan şəxslər qadın o...
