"Azercell"in müzakirələrə səbəb olan dəyişikliyi - Əslində nə baş verir?

"Müşahidələr göstərir ki, "Azercell" operatoru tərəfindən heç bir qiymət artımı baş verməyib. Sadəcə olaraq, yeni dəyişikliklərə əsasən, 1 manata 1 gün, 5 manata 5 gün kimi nominal xidmət təklif olunub".
Bu fikirləri İKT mütəxəssisi Elvin Abbasov Baku TV-nin "Yeni bir səhər" verilişində "Azercell"in müzakirələrə səbəb olan yenilikləri ilə bağlı danışarkən səsləndirib.
"Bu o deməkdir ki, hazırda sizin tarif paketiniz 28 günlükdürsə, bu müddət başa çatdıqdan sonra balansınızı tam məbləğlə bərpa edə bilmirsinizsə, daha aşağı məbləğlə danışıq imkanınız olur. Bu halda ödədiyiniz məbləğə uyğun olaraq gün sayı müəyyənləşdirilir. Məsələn, əgər tarif paketiniz 10 manatdırsa və bu məbləğ balansınızda yoxdursa, 1 manat yükləməklə 1 gün, 3 manatla 3 gün istifadə edə bilərsiniz. Əgər 1 manat yüklədikdən sonra həmin gün istifadə etmirsinizsə, vəsait balansınızda qalır və silinmir. Növbəti dəfə əlavə 1 manat yüklədikdə ümumilikdə 2 manatlıq istifadə haqqınız olur", - deyə Elvin Abbasov bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri aparılacaq. BAKU.WS "Trend"ə...
