SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS 26 oktyabr tarixini təqdim edir:

Qoç
- Nizam-intizamı qoruyun. Qanunları pozarkən, qadağalara məhəl qoymayarkən nəticə barədə düşünün. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılmasının gərəkliyini xatırladacaqlar. Səbrli olun, ailə üzvlərinə təzyiq etməyin. Yalnız öz qüvvənizə bel bağlayın.


Buğa - Bu gün sizi çox iş gözləyir. Yeni hədəflər və köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Passiv olmayın, başladığınız işi yarımçıq qoymayın. Dostlardan biri maliyyə məsələləri üzündən rəqibə çevrilə bilər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.


Əkizlər - İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir. Hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. 


Xərçəng - Adi günlərdən biridir. Heç bir qeyri-adi hadisə baş verməyəcək. Qəfil gəlirli təklif ala  bilərsiz, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır. Müstəqil çalışmaq daha sərfəlidir. Nə qədər gec deyil, qərarlarınızın nəticələri barədə düşünün. Nə istədiyinizi müəyyənləşdirin. 


Şir - Çevrənizdəki insanların maraqlarını nəzərə alın. Eqoist olmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir. İşdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil.


Qız - Uğurlu gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bu gündən faydalana bilərsiz. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar.


Tərəzi - Sürprizlə zəngin gündür. Gözləmədiyiniz xoş xəbər alacaqsınız. Günortadan sonra əhvalınız pisləşə bilər. Sizi qıcıqlandıran insanlardan uzaq olun. Təxribatlara uymayın, iradlar münaqişəyə səbəb ola bilər. Axşam saatlarını yalnız özünüzə və ailənizə həsr edin.


Əqrəb - Öz maraqlarınızı başqalarının mənafeləri naminə qurban verməyin. Ailədə və ya işdəki situasiyanın əsirinə çevrilməyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq. Nüfuzunuza xələl gətirmək istəyən bədxahın qarşısını alın. Mübarizəsiz geri çəkilməyin. 


Oxatan - Gündəlik problemlərin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər. Həddən artıq güc və vaxt tələb edən işi təxirə salın. Əks halda artan gərginliyə dözməyə bilərsiniz.


Oğlaq - Təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə ehtiyac yoxdur. Bununla belə, israfçılıq etməyin. Bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın.


Dolça - Məqsədlərinizə çatmaq üçün bəzi çətinlikləri dəf etməli olacaqsınız. İradlar çoxalacaq, tələbat güclənəcək. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var.


Balıqlar - Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. Bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. İşdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın.


BAKU.WS